Machine Learning Specialist

“Machine Learning” yalnız verdiyiniz əmrləri, yazdığınız kodu icra etmək əvəzinə, birbaşa məlumatlardan öyrənməyə və yalnız cüzi insan müdaxiləsi olmaqla avtonom qərar qəbul etməyə qadir olan süni intellektin bir bölməsidir.

Hər gün özümüz və bizneslərimiz çox miqdarda fərqli, strukturlaşdırılmamış və təhrifedici məlumatlarla qarşılaşırıq. Məlumat - bu gün rəqabətdə qalib olmaq üçün diqqət yetirilməli ən böyük resurslardan biridir.  Bütün bu məlumatları araşdıra bilmək və böyük şəkilləri görmək şirkətinizin uğur qazanması və hətta gələcəkdə var ola bilməsi üçün açardır. “Machine Learning”, Sizə məlumatları tamamilə yeni bir şəkildə görmək imkanı verəcək.

“Machine Learning” modelləri artıq gündəlik həyatımızda, fərqində olmadan onlayn xəbər axtarışımıza, alış-verişimizə və hətta zövqlərimizin formalaşmasına təsir göstərir.

Bu kurs vasitəsi ilə Siz Python proqramlaşdırma dilində avtomatlaşdırılmış analitik modellərin qurulmasını, onların biznes və digər sahələrdə tətbiqini öyrənəcəksiniz. Kursun sonunda məzunlar nəzəri biliklərlə yanaşı praktiki tətbiqetmə bacarıqlarına da sahib olacaqlar.
 

TƏLƏBLƏR

Kursda iştirak edə bilmək üçün aşağıdakı tələblərə cavab vermək lazımdır:

  • Ən azı orta səviyyədə xətti cəbr biliklərinə sahib olmaq

  • Ən azı orta səviyyədə İngilis dili biliklərinə sahib olmaq

  • Ən azı orta səviyyədə məntiqi düşüncəyə sahib olmaq

Kursu uğurla bitirə bilmək üçün dərslərdə mütəmadi iştirak etmək, ev tapşırıqlarını yerinə yetirmək və kurs müddəti boyunca veriləcək 4 test tapşırığından ümumilikdə 50%-dən çox bal toplamaq lazımdır.

 

KURSUN MƏQSƏDİ

Azərbaycan dilində tədris olunacaq “Machine Learning with Python”  kursunun əsas məqsədi Azərbaycanda bu sahəyə maraqlı gənclərin texniki bilik səviyyəsini artırmaqdan ibarətdir. Bunun üçün biz Sizə:

  • Bəsitdən mürəkkəbə doğru Python proqramlaşdırma dilini öyrətmək;

  • Sərbəst şəkildə Python proqramlaşdırma dilində kod yazmaq bacarığını aşılamaq;

  • NumPy, Pandas, Matploit kimi Python kitabxanalarında işləməyi öyrətmək;

  • Bəsitdən mürəkkəbə doğru “Machine Learning” metodlarını öyrətmək;

  • Real problemlərin həllində “Machine Learning” metodlarını tətbiq etməyi öyrətmək;

  • Reqressiya, klassifikasiya və klasterinq metodlarını və onlar arasında fərqləri öyrətmək kimi hədəflər qarşımıza qoymuşuq.

Kursun sonunda siz real qarşılaşdığınız problemləri həll etmək üçün lazım olan “Machine Learning” modelini seçməyi və müvafiq olaraq onu Python proqramlaşdırma dilində proqramlaşdırmaqla həll etməyi öyrənmiş olacaqsınız.

Təhsil üzrə tədris proqramı

Qısa məlumat

  • Yeni başlayanlar və orta bilik sahibləri üçün
  • Nəzəri və praktiki dərslər
  • Kursu bitirmə sertifikatı
  • Peşəkar şirkətlərdə təcrübə keçmək imkanı
  • Mentorlardan peşəkar inkişaf və karyera ilə bağlı məsləhətlər
Müraciət edin

ask question icon Suallarınız yaranarsa bizimlə əlaqə yaradın.