Ramin Orucov
2002-2006-cı illərdə Qafqaz Universitetində kompüter mühəndisliyi ixtisası üzrə bakalavr təhsili; 2006-2008-ci illərdə isə magistr təhsili alıb. Magistr olduğu illərdə universitetdə laborant kimi fəaliyyət göstərib. 2007-ci ildə respublika universitetlər arası proqramlaşdırma olimpiadasında komanda tərkibində 1-ci yerin qalibi olub.
Professional İT karyerasına 2008-ci ildə Fövqəladə Hallar Nazirliyində baş məsləhətçi (Proqramçı) olaraq başlayıb. 1 il sonra isə “Azercell Telekom” MMC-də fəaliyyətə başlayıb. 2009-2012-ci i llərdə proqramçı, 2012-2014-cü illərdə proqramlaşdırma qrup rəhbəri, 2014-2016-cı illərdə isə Məlumat Xidmətləri bölməsinin rəhbəri olaraq işləyib. Həmin müddətdə yay və qış təcrübə proqramlarında iştirak edən tələbələrə mentorluq edib. 2016-cı ilin Noyabr ayından isə karyerasına Polşada Luxoft şirkətində aparıcı proqramçı - big data mühəndisi olaraq davam edib. 2018-ci ildə itcity.academy-ni qurmaq üçün Azərbaycana qayıdıb. Hal hazırda ITCITY şirkətində Texniki Direktor, itcity.academy-də isə Java, Oracle, Big Data və Cloud texnologiyaları üzrə təlimçi olaraq fəaliyyət göstərir.
2011-2016-cı illərdə Qafqaz Universiteti Kompüter Mühəndisliyi kafedrasında Java Obyekt Yönlü Proqramlaşdırma, Java Veb Proqramlaşdırma və Android Mobil Proqramlaşdırma dərsləri keçib. 2010-2012-ci illərdə Mərkəzi Bank, Daxili İşlər Nazirliyi, Ultra və İKTEX şirkətlərində Java, Java web, Oracle PL/SQL proqramlaşdırma və Java Programmer sertifikatına hazırlıq üzrə korporativ təlimlər verib.
Azərbaycanda müxtəlif texniki görüşlərin, seminarların, hackathon yarışmalarının təşkilində fəal iştirak edib. 2015 və 2016-cı ildə “Wowoman: Azərbaycan Tech-Tech Xanım” layihəsi çərçivəsində xanımlara Java təlimləri keçib. 2017-ci ildə “WoWoman In Me” layihəsində təlimçi olub. Hazırda “WoWoman In Me 2” layihəsində də mentor kimi fəaliyyətini davam etdirir.