Əli Həsənov
Əli Həsənov

2001-2003-cü illərdə Qafqaz universitetin "Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı" ixtisası üzrə magistr təhsili;

2012-2017-ci il Qafqaz universitetin "Kompüter mühəndisliyi İnformatika və hesablama texnikası" ixtisası üzrə bakalavr təhsili;

2001 – 2013 cü illərdə özəl məktəblərdə informatika müəllimi, İnformatika Fənni üzrə metodbirləşmənin rəhbəri vəzifəsində işləyib. 2009 – 2013-cü illərdə informatika olimpiadası üzrə özəl məktəblərdə olimpiada koordinatoru olaraq fəaliyyət göstərib. 2009 – 2016 cı illərdə Respublika üzərə keçirilən İnformatika Layihə Olimpiadası koordinatoru olaraq çalışıb. 2013-cü ildən 2016-cı ilədək Qafqaz universitetində  müəllim, tərbiyə işləri üzrə bölmə müdiri müavini olaraq fəaliyyət göstərib. 2016-cı ildən etibarən Bakı Mühəndislik Universitetində müəllim olaraq fəaliyyətini davam etdirib. 2017 -ci ildə Universitetdə baş müəllim olaraq seçilib, 2020-ci ildən etibarən isə "Mühəndislik" faültəsində dekan müavini olaraq fəaliyyət göstərir.

itcity.academy,

Fevral 2019 – Mart 2019 : Python proqramlaşdırma ilə verilənlər strukturu və alqoritmlər təlimi

 

Beynəlxalq Təlim və Layihə Mərkəzi

Mart 2018– Mart 2019 : “Azərbaycanda orta məktəblərin yuxarı sinif şagirdləri üçün informatika fənninin tədrisinin təkmilləşdirilməsinə dəstək” layihəsində orta məktəb müəllimlərin python təlimi

 

Beynəlxalq Təlim və Layihə Mərkəzi

iyun 2018–sentyabr 2018 : Fiziki imkanları məhdud şəxslərə ECDL təlimi keçirib.