Machine Learning With Python | Proqramlaşdırma kursları | itcity.academy

Detallar :

Hər gün özümüz və bizneslərimiz çox miqdarda fərqli, strukturlaşdırılmamış və təhrifedici məlumatlarla qarşılaşırıq. Məlumat - bu gün rəqabətdə qalib olmaq üçün diqqət yetirilməli ən böyük resurslardan biridir.  Bütün bu məlumatları araşdıra bilmək və böyük şəkilləri görmək şirkətinizin uğur qazanması və hətta gələcəkdə var ola bilməsi üçün açardır. “Machine Learning”, Sizə məlumatları tamamilə yeni bir şəkildə görmək imkanı verəcək. 
 
“Machine Learning” modelləri artıq gündəlik həyatımızda, fərqində olmadan onlayn xəbər axtarışımıza, alış-verişimizə və hətta zövqlərimizin formalaşmasına təsir göstərir. 

 

Təlim proqramı :

Azərbaycan dilində tədris olunacaq “Machine Learning with Python”  kursunun əsas məqsədi Azərbaycanda bu sahəyə maraqlı gənclərin texniki bilik səviyyəsini artırmaqdan ibarətdir. Bunun üçün biz sizə: 


- Bəsitdən mürəkkəbə doğru Python proqramlaşdırma dilini öyrətmək;

- Sərbəst şəkildə Python proqramlaşdırma dilində kod yazmaq bacarığını aşılamaq;

- NumPy, Pandas, Matploit kimi Python kitabxanalarında işləməyi öyrətmək;

- Bəsitdən mürəkkəbə doğru “Machine Learning” metodlarını öyrətmək;

- Real problemlərin həllində “Machine Learning” metodlarını tətbiq etməyi öyrətmək;

- Reqressiya, klassifikasiya və klasterinq metodlarını və onlar arasında fərqləri öyrətmək kimi hədəflər qarşımıza qoymuşuq. 

 

Proqram ilə buradan tanış ola bilərsiniz:

alt text

 

Təlimçi: Zaur Cəfərov

Ətraflı məlumat üçün klikləyin.