Sual-cavab

itcity.academy həftədə 6 gün saat 9:00-dan 21:00-dək fəaliyyət göstərir.
itcity.academy olaraq biz, tədrisdə keyfiyyətin müəllimlərdən başladığına inanırıq. Müəllimlərimiz tədris etdikləri sahələrdə kifayət qədər iş təcrübəsinə sahib olmaqla yanaşı uzun müddət bu sahələrdə təlimçi təcrübəsinə sahibdirlər. Ətraflı məlumat üçün Haqqımızda səhifəsinə daxil ola bilərsiniz.
itcity.academy-də tədris ili iki yarım ilə bölünür. Tədris proqramları mütəmadi olaraq İKT sferasının tələblərinə uyğun olaraq yenilənir. Təlimlərin başlanğıc tarixləri haqqında ətraflı məlumat almaq üçün sosial media səhifələrindən bizi izləməyinizi və ya (12) 409 98 77 nömrəsinə zəng etməklə əməkdaşlarımızla əlaqə saxlamağınızı tövsiyə edirik.
itcity.academy-də namizədlər üçün tədris mərkəzində açıq günlər, ödənişsiz konsultasiyalar və seminarlar keçirilir.
itcity.academy-nin keyfiyyətə nəzarət strategiyası müştəri məmnuniyyətinin təmin edilməsi və qorunub saxlanılmasına əsaslanır. Tədris proqramımız İKT sferasının tələblərinə uyğun olaraq hazırlanır və daim yenilənir. Dərslərimiz İKT bazarında tanınmış peşəkar proqramçılar tərəfindən hazırlanır və tədris edilir. Siniflərimiz beynəlxalq standartlara əsasən 14+1 formatında təşkil edilir.
itcity.academy tərəfindən kursu uğurla bitirən tələbələr, bitirdikləri kursa müvafiq olaraq sertifikatla təltif edilirlər.
itcity.academy-də kursların qiymətləri kursun növündən, müddətindən və ödəniş planından asılı olaraq dəyişir. Daha detallı məlumat almaq üçün satış koordinatoru ilə əlaqə saxlayın.
itcity.academy namizədlərə bir dəfəlik ödənişlərdə 20% endirim təklif edir. Bundan əlavə seçdiyiniz kursun tədris müddətindən asılı olaraq hissə-hissə ödəniş imkanından yararlanaraq 2, 3, 4 aylıq ödəniş planına əsasən 15%-ə qədər endirim əldə edə bilərsiniz. Endirim kampaniyaları və aksiyalar haqqında müntəzəm məlumat almaq üçün sosial media səhifələrindən bizi izləyin.
itcity.academy bütün tələbələrinə CV hazırlama və iş müsahibələrinə hazırlıq xidməti təklif edir. Bu xidmət üçün məzunlarımızdan heç bir ayrıca ödəniş tələb olunmur. Karyera xidmətlərinə iş axtarma üsulları, işə hazırlıq, CV yazma, müsahibə hazırlığı və portfelin yaradılması daxildir. Partnyor şəbəkəmiz vasitəsilə siz aparıcı yerli şirkətlərdə təcrübə keçə, CV göndərə və işlə təmin oluna biləcəksiniz.
itcity.academy-nin tədris mərkəzi müasir kompüter laboratoriyaları və proyektorlarla təchiz olunub. Bütün tələbələrimiz dərs otaqlarında təlim müddəti boyunca kompüterlərlə təmin olunur.
itcity.academy-nin tədris mərkəzi beynəlxalq standartlara əsasən 14+1 formatında; 14 tələbə və təlimçi olmaqla 5 dərs otağından ibarətdir.
itcity.academy-də məzun olmaq üçün 70%-lik davamiyyət məcburiyyəti var. Dərslərə intizamla yanaşan tələbələrin daha çox uğur qazanacağına inanırıq.
itcity.academy-də təhsil almaq istəyən namizədlərdən texniki ingilis dili bilikləri tələb olunur. İngilis dili bazası kafi olmayan namizədlər üçün partnyor şəbəkəmizin üzvlərindən birində hazırlıq kursları təklif edilir. Kursu müvəffəqiyyətlə başa vurmuş namizədlər təkrarən qəbul prosesinə müraciət edirlər. Proqramlaşdırma sahəsində ilkin təcrübəsi olmayan namizədlərin itcity.academy və tədris proqramı ilə yaxından tanış olmaq üçün peşəkar satış kordinatorlarımızla telefon, whatsapp və sosial media kanalları vasitəsilə əlaqə yarada, onların bu mövzuda tövsiyə və məsləhətlərinə müraciət edə bilərsiniz. Eyni zamanda internet səhifəmizə daxil olaraq "Öyrənmə Yolu" alqoritmindən istifadə edərək də sizə uyğun təlim paketini seçməklə tədris proqramı haqqında məlumat ala bilərsiniz. Namizədlər tələbə və təlimçilərlə görüşmək, məlumat mübadiləsi aparmaq üçün ofisimizə dəvət edilirlər. Bu tədris mərkəzi və sinif otaqlarını görmək, qəbul prosesi haqqında maraqlı qalan suallarınıza cavab tapmaq üçün yaxşı bir fürsətdir.
Kurslara qoşulmaq istəyən namizədlər itcity.academy saytına daxil olaraq onlayn qeydiyyat formunu doldurmalıdırlar. Yaxud da ofisimizə gələrək kağız daşıyıcıda qeydiyyat formunu təqdim edə bilərlər. Satış koordinatorlarımız sizinlə əlaqə saxlayaraq müsahibə üçün gün və vaxt təyin edirlər. İlkin müsahibədən keçən namizədlər qəbul imtahanına dəvət olunur. Uğurlu olan namizədlərə qəbul haqqında məktub göndərilir. Qeydiyyat müqaviləsi imzalanır və ödəniş qəbul olunur. Qəbul prosesində məqsəd itcity.academy-nin sizə nə qədər uyğun olduğunu öyrənmək və tədris proqramının tələblərinə hazırlıq səviyyənizi yoxlamaqdır. Biz namizədlərdə texniki baza ilə yanaşı, motivasiya, əzmkarlıq və komanda ilə işləmək bacarıqları axtarırıq.

ask question icon Suallarınız yaranarsa bizimlə əlaqə yaradın.