Proqramlaşdırmaya yeni başlayanlar üçün 5 ƏSAS PRİNSİP

Proqramlaşdırma özünün qanunauyğunluqları ilə fərqlənən, qəliz olduğu qədər də cazibə qüvvəsi ilə insanları  özünə çəkən möcüzəli bir dünyadır. Bu dünyada özünüzü yadplanetli kimi hiss etməməyiniz və proqramlaşdırmanı daha rahat mənimsəməniz üçün itcity.academy bilməli olduğunuz 5 əsas prinsipi sizlərlə bölüşür:

 

PRİNSİP 1: “Proqramlaşdırmanın əsası riyaziyyat yox, məntiqdir”

Proqramlaşdırma ilə məşğul olarkən cəbrin bütün triqonometrik düsturlarını xatırlamalı olacağınızı düşünməklə özünüzü qorxutmayın. Çünki bu tərz riyazi əməllərə proqramlaşdırmada çox nadir hallarda rast gəlinir. Ən çox rastlanılanlar isə riyazi əməllərin ardıcıllığı və ya koordinat sistemləri kimi sadə bilik tələb edən məsələlərdir. Əgər sizin məntiqi bacarıqlarınız varsa, proqramlaşdırma dünyasına “Xoş gəlmisiniz”!

 

PRİNSİP 2: “Axan ulduzu havada tutmaq”

Proqramlaşdırma bir neçə prosesi özündə birləşdirən böyük bir prosesdir. Biz hansısa  bir işi bizim yerimizə yerinə yetirməsi üçün cihaza əmr veririk və özümüz də bu prosesləri idarə edirik. Bunun nəticəsi isə bütov bir fayl və ya sadə bir sətir ola bilər. Bu çətin prosesli işin ən problematik tərəfi isə odur ki, nəticə əldə etmək üçün təkcə verilənləri daxil etmək şərt deyil, dəyişənlər təyin olunmadıqdan sonra gördüyünüz işin nəticəsi və davamlılığı olmur. Bu bir növ ulduz axmasına bənzəyir. Var idi, indi isə yoxdur. Peşəkar proqramçı bu ulduzu havada tutmağı bacarmalıdır. Buna isə proqramlaşdırma elminə yiyələnmənin ilkin etaplarından öyrənməyə başlasanız, öz işinizi asanlaşdırmış olarsınız. 

 

PRİNSİP 3: “MATRYOŞKA” EFFEKTİ

Proqramlaşdırmada “obyektlərin içərisində yerləşmiş obyektlərin içində yerləşmiş obyektlər çoxdur”. Yanıltmaca bənzəyir elə deyilmi? Bu yanıltmacın əsas funksiyası  proqramlaşdırma zamanı yanılmanızın qarşısını maksimum dərəcədə almaqdır.

Bir obyekti strukturlaşdırdığınız zaman, verilənlərin özlərinin də bir neçə strukturun birləşməsindən ibarət olduğunun şahidi olacaqsınız. Məsələn, HTML-də bütün proses bunun üzərində qurulub:

Həmçinin CSS də iearxik prinsipə əsaslanır:

Digər obyektlərin daxilindəki obyektlərlə çalışmağı öyrəndikdən sonra özünüzü proqramlaşdırmanın açarına sahib olmuş kimi hiss edəcəksiniz.
 

PRİNSİP 4: “İTLƏR, PİŞİKLƏR VƏ BALIQLAR”

(və ya səbəb-nəticə əlaqəsi prinsipi)

Bir otaq düşünün. Otaqda bir pişik və içində balıq olan bir akvarium var. Balıq özünü çox normal aparır. 

Bir müddət sonra 2 hadisə baş verir: otağa bir it girir, pişik isə otaqdan çıxır. Eyni zamanda da balıq oxumağa başlayır. 

Sual: Balığı oxumağa nə vadar etdi?

Buna səbəb olaraq itin otağa daxil olmasını da qeyd edə bilərik, pişiyin çıxmasını da. Bəlkə əsl səbəb bunların heç biri deyil, sadəcə balığa hər gün eyni saatda sehirli güc verilir və o oxumağa başlayır. Bu ehtimalların hər biri doğru ola bilər.

Bu zaman proqramçı üçün vacib olan bu dəyişmənin qarşısını almaqdır. Kodlaşdırma prosesi zamanı siz bu tərz situasiyalarla tez-tez rastlaşacaqsınız. Bu zaman belə bir sualın yaranması mümkündür: İtin gəlişini, pişiyin çıxışı olmadan simulə edə bilərikmi? Dəyişiklik səbəblərinin quraşdırılması metodologiyasını tədbiq etmək çox vacibdir. Bu bacarıq sizə kodlaşdırma zamanı hər zaman köməklik göstərəcək. 
 

PRİNSİP 5. Abstraksiya və ya “Pizza” prinsipi

Bu sizinlə bölüşəcəyimiz ən faydalı prinsiplərdən biridir. 

Hər gün müxtəlif içliklərlə pizza bişirən bir aşbaz düşünün. Hər pizza müəyyən ardıcıllığa uyğun bişirilir. Əvvəlcə, pizzanın xəmiri hazırlanır, gözlədilir, sonra müvafiq formaya qoyulur, tomat sousu, içlik, pendir, sonda isə ət düzülür. Təbii ki, aşpaz qeyd olunan ardıcıllığa uyğun olaraq hər pizzanın hazırlanmasına bu qədər vaxt sərf etsə restoran tezliklə iflasa uğrayar.

Bunun əvəzinə isə o, öncədən hər şeyi hazır edir, geriyə seçimə görə içlik əlavə etmək qalır. Burada anlamalı olduğumuz əsas məsələ onda ibarətdir ki, bütün pizzalar bir-birinə bənzəyir, yetər ki ona hansı içlik qatmalı olduğumuzu bilək. 

Proqramlaşdırmada da belədir, əsas ana sistemin qurulmasıdır, onu digər spesifik funksiyalardan ayırmaq üçün isə abstraksiyalardan istifadə olunur.

 

Hər bir sahəni öyrənməyə başlamazdan öncə onun qanunauyğunluqlarını və işləmə mexanizmini mənimsəmək lazımdır. Xüsusən də proqramlaşdırma qədər dərin bir sahə üçün fundamental biliklər çox vacibdir. Məhz bunun səbəbdən  itcity.academy Fundamental Proqramlaşdırma təlimlərini həyata keçirir. Möhkəm təməl üzərində qurulmuş biliklər, professionallığın əsasını təşkil edir.