İnternetin ən möhtəşəm mafiası - Paypal Mafia nədir?

2000-ci illərin əvvəllərində internetin yaratdığı partlayış ilə birlikdə, dünyanı internet vasitəsilə ilə dəyişdirməyə çalışan insanların sayı həddindən çox idi. Lakin boo.com, startups.com kimi 100 milyonlarla dollar investisiya alsa da iflas etmiş şirkətlər, Amazon-un NASDAQ-dakı hissələrinin 107 dollardan 7 dollara qədər düşməsi bu kimi insanlardan bir çoxunda həvəssizlik yaratmışdı. Bütün bunlar olmazdan bir neçə il əvvəl, 1998-ci ildə Peter Thiel və Max Levchin-in Stanford yaxınlarında yedikləri bir nahar zamanı başlamağa qərar verdikləri PayPal şirkəti, hələ xəbərləri olmasa da onlar üçün böyük, insanlıq üçün isə çox daha böyük bir addım olacaqdı.

Necə?

2002-ci ildə eBay, Paypalı satın aldıqdan sonra, bugün günümüzün startupçıların bir çoxunun örnək aldığı PayPal komandası, tək-tək eBay-dən ayrıldılar və yeni xəyallarının arxasıyca qaçmağa başladılar. Əslində bir çoxunun adlarını bildiyimiz bu super insanlar kimdilər? PayPal Mafia nədir? Onları tanımaq nə üçün bu qədər vacibdir?

Yazımın son bölməsində soruşduğum son sualın cavabını hamımız anlayacağıq. Lakin heç bir maddi qaynağı olmadan gözəl işlər görmək istəyən bir neçə “dəlinin” bu qədər uğurlu olmalarnı və gündəlik həyatımızda daima istifadə etdiyimiz məhsulların bir çoxunda əməklərinin keçdiyinin nümunəsini gətirsəm məncə bu sualıma qısa bir cavab vermiş olaram.


PayPal-ı fərqli edən nə idi?

Bizə ən çox dərs olacaq mövzu, zənnimcə bu cavabdan çıxacaq. Thiel və Levchin-in bəlkə də BitCoin-in atası olaraq adlandıra biləcəyimiz məhsullarını və bu işə başladıqları zamanı düşündüyümüzdə onsuz da nə qədər uzaqgörən insanlar olduqlarını başa düşürük. Bu iki adamın öz şirkətlərinə keçmişləri hər nə olursa-olsun, sadəcə özlərinə oxşayan adamları daxil etməkləri də diqqət cəlb edən digər məqamlardandır.  “All of this is about self-selecting for people just like you.” Levchin.

Thiel ve Levchin-in PayPal-da yaratdıqları şirkətdaxili ekosistem, o vaxtlar mövcud olan digər şirkətlərə görə olduqca fərqli idi. Bu cür bir şirkət içərisində yetişən insanların belə qeyri-adi işlər görmələri də əslində təbii bir nəticədir.

Şirkətin olduqca kritik qayda olaraq adlarından David Sacks-ın no-unnecessary-meeting qaydası və onun sanki şirkətin içində polislik etməsi də şirkət içi ekosistemi fərqli edən ünsürlərdən biridir.

Bəs Elon Musk necə? Hekayənin maraqlı hissəsi də burada başlayır. Orta statistik ailələrin qeyri-adi saya biləcəyimiz övladları Thiel və Levchin-in, ətraflarında özlərinə inanılmaz oxşar profillərdən olan işçiləri toplamışkən, Elon Musk adlı biri ilə qarşılaşmaqları və onunla ortaq olmaqları əslində məni ən çox təəccübləndirən şeylərdən biridir. Sizlərə biraz bu hekayədən danışmaq istəyirəm.

X.com (o vaxtlar email payment sistemi hazırlamağa çalışan Elon Musk-ın şirkəti), PayPal ilə ortaqlığa başlayır. Lakin PayPal markası o qədər güclü olurr ki, X.com, PayPal-la birləşərək onun tərkib hissəsinə çevrilir. Bu birləşmədən sonra CEO olan Elon Musk, bütün ekosistemi Microsoft ekosisteminə çevirməyə başlayır.  Digər ortaqları bu vəziyyət olduqca narahat edir. Hər nə qədər bugünlərdə hələ də bir-birlərinin şirkətlərinə investisiya etsələr də və bir-birləri haqqında müsbət danışmağa çalışsalar da o günlərdən bəri əslində aralarındakı münasibətlər çox da yaxşı deyil. Sözügedən narazılıqlardan sonra ortaqlar təcili bir iclas keçirdərək CEO vəzifəsinə Thiel-i keçirirlər.

Thiel-in liderlik üslubunu həm startupçı gənclərin, həm də bu sektorun əjdaha(!)larının dərs ala biləcəyi növdən bir üslub saya bilərik. PayPalda işləyən hər kəs şirkətin gəlirlərinə qədər bütün məlumatlara çata bilirlər. Bu günlərdə haqqında heyranlıqla oxuduğumuz və həyəcanlandığımız  PayPal daxili şirkət ierarxiyası hələ o vaxtlar Thiel tərəfindən tətbiq edilir. Hər kəs ağlına gələn hər fikrin dəyərləndiriləcəyini başa düşür və şirkəti sahiblənir.

2002-ci ildə PayPal artıq IPO-ya çıxmış, yəni xalqa açılmış bir şirkət halına gəlmişdi. Məhz bu ərəfələrdə eBay-dan gələn 1,5 milyard dollarlıq təklif, şirkəti və komandanı bu çətin qərarı verməyə məcbur etmişdi. PayPal-ın hazırki dəyərinin təxminən 46 Milyard olduğunu nəzərə alsaq, Thiel-in bu satış ilə bağlı nə üçün peşman olduğunu anlaya bilərik. PayPal əgər eBay-ə satılmasaydı, PayPal Mafia komandası bugün online ödənişlər mövzusunda nə kimi inqilabi yeniliklər edərdi, hər kəsə maraqlıdır. Visa və MasterCard-ın son 10 ildir haradasa heç bir innovasiyaya imza atmadığını nəzərə alsaq, bəlkə də PayPal bugünün ən böyük şirkətlərindən biri olacaqdı.

Digər bir yandan, şəxsi fikrimə görə PayPal-ın satılması çox yaxşı olub. PayPal Mafia komandası bir-bir eBay-in asılılığından çıxaraq bugünki yerlərinə gəlib çıxıblar. İnternet dünyası gözümüzün qarşısında bir inqilab yaşayır və buna şahidlik edə bilməyimizin ən böyük vasitəçiləri elə bu komandadır.

Yaxşı bəs Bu Adamlar kimdir?

Adlarını, tək-tək nə işlər gördüklərini deməzdən əvvəl bunu demək istəyirəm ki, bu insanların hamısının kemişlərini, internetdəki çıxılarını izləməkdə fayda var. Adını çəkməyəcəyim digər mafia üzvlərinə də üzrxahlığımı bildirmək istəyirəm.

1- Peter Thiel — PayPal Founder — CEO

Hekayəmizin baş rol aktyoru Peter Thiel ilə başlamaq istəyirəm. Bir çox mənbədə Peter Thiel üçün “Don of the PayPal Mafia” bənzətməsini oxuya bilərsiniz. Əslində Thiel-in etdiklərini gördüyümüzdə bu bənzətmənin çox da səhv olmadığını görə bilərik.

  • PayPal Qurucu Ortağı və CEO

  • Palantir Qurucu Ortağı

  • Clarium Capital-ın Rəhbəri

  • Founders Fund-ın Managing Partner-ı

  • Facebook İnvestoru ( %10,2 — $500K)

  • İnvestisiyalarından bəziləri; Slide, Linkedin, Yammer, Yelp, Asana, Quora…

  • Machine Intelligence Research Institute dəstəkçisi və investoru

  • Anti-aging Research dəstəkçi və investoru

2- Max Levchin — PayPal Founder — CTO

Baş rolumuz Thiel-ın bu hekayəni tək canlandırmadığını hər birimiz bilirik. Max Levchin də Mafianın ən böyük üzvlərindəndir.

  • Slide Qurucusu (2010-da $180 Milyona Google-a satdı.)

  • Yelp Mələk İnvestoru və ən böyük hissədarı, sədr

  • HVF (Hard, Valuable, Fun) Qurucusu

  • Affirm Qurucu və CEO-su

  • Thank You For Smoking filmi rejisoru

3- Elon Musk — X.com Founder —PayPal CEO

Thiel və Levchin-dən sonra yoxsa əvvəl paylaşmalı olduğuma əmin ola bilmədiyim bu möhtəşəm insan, günümüzün real IronMan-idir. Onun həyatını bir blog yazısına sığdıra bilmərik amma qısa bir baxış atası olsaq:

  • SpaceX Qurucusu, CEO, CTO(İnsanları Marsa göndərəcək! Eyni roketi bir neçə dəfə istifadə etmək mümkündür!)

  • Tesla Motors Qurucusu, CEO, CPA(Chief Product Architect) (Bütün patentlər ödənişsiz olaraq hərkəslə paylaşılır!)

  • SolarCity Qurucu Ortaq, Direktor (Neft hegemonluğunun sonu gələcək!)

4- Reid Hoffman — PayPal COO
  • Linkedin Qurucusu, CEO

  • İnvestisiyaları; Zynga, Flickr, Digg, Last.fm, Edmodo,

  • Yazıçı

5- Roelof Botha — Former PayPal CEO, CFO
  • Sequoia Capital

  • İdarə heyətində olduğu şirkətlər; Jawbone, Eventbrite, Evernote, Tumblr, Weebly, Unity, Xoom

6- Jeremy Stoppelman — PayPal Engineering VP
  • Yelp Qurucusu

7- Chad Hurley & Steve Chan — PayPal Web Designer & PayPal Engineer
  • Youtube Qurucuları

8- David Sacks — Former PayPal CEO
  • Yammer Qurucusu

  • Geni.com Qurucusu

9- Dave McClure— PayPal Marketing Director
  • 500 Startups Qurucusu