Git nədir? Nə işə yarayır?

Git, yazdığımız proqram təminatlarının mənbə kodunu (bəzən documentation, e-kitab və b.) kompüterimizdə və ya hansısa lokal yaddaşda deyil, internet üzərində saxlamağımızı və idarə etməyimizi təmin edən bir versiya nəzarət sistemidir.

Niyə git?

Versiya nəzarəti: Hər hansı bir layihəni (proqram təminatını) lokal yaddaşda saxlayarkən, baş verə biləcək təhlükələrdən qorunmaq üçün davamlı olaraq bu layihəni backup etmək məcburiyyətindəyik. Git istifadə edərkən buna ehtiyac qalmır, çünki versiyalama funksiyası sayəsində istənilən vaxt layihənin dəyişikliklər etdiyimiz istənilən hissəsinə çata bilirik.

Bir layihə üzərində komanda şəklində işləmək: Bir proqram təminatı üzərində bir neçə nəfər eyni zamanda çalışdıqda, kodların birləşdirilməsi, ən son versiyanın müəyyənləşdirilməsi prosesi çox qarışıq və vaxt tələb edən prosesdir. Git vasitəsilə isə buna ehtiyac qalmır.

Offline istifadə ediləbilməsi: Git hər hansı bir layihə üzərində çalışarkən onun bir nüsxəsini lokal maşında saxlayaraq, internet şəbəkəsi olmadan da layihə üzərində işləməyə imkan verir.

Git ilə işləyərkən layihələrimizi saxlamaq üçün ən məşhur servislər GitHub və GitLab –dır.

GitHub: Private şəkildə saxlamaq istədiyimiz repository-lər üçün ödəniş tələb etsədə, Public Repository-lər üçün pulsuzdur və hal-hazırda ən çox istifadə olunanlardandır. 2008 –ci ildə qurulan Github 2011–ci ildən etibarən Open Source proyektlər üçün ən çox istifadə olunan servisdir.
GitLabGitHub-dan fərqli olaraq pulsuz versiyasında öz lokal serverimizə quraraq, yalnız seçdiyimiz istifadəçilərin çata biləcəyi Git servisi təqdim edir.