itcity.academy manifest

#bizimləöyrən

Biz ölkəmizin insan kapitalının potensialına inanırıq!

Itcity.academy 2018-ci ildə təsis edilib. İtcity.academy proqramlaşdırma və kod yazma bacarıqlarını öyrənmək istəyən hər kəs üçün fürsət yaradır. Biz düşünürük ki, yaşından, cinsindən, milli mənsubiyyətindən və maliyyə vəziyyətindən asılı olmayaraq İKT sferasında karyera qurmaq hər kəs üçün əlçatan olmalıdır.

Proqramlaşdırma sahəsində karyera qurmaq, həmçinin karyera imkanlarını genişləndirmək istəyən təcrübəli proqramlaşdırma mütəxəssisələri və yaxud bu sahəyə yeni başlayanlar üçün itcity.academy əhatəli təlim paketləri təqdim edir. Siz təlim paketləri vasitəsilə ən son veb texnologiyaları və platformaları üzrə lazımi texniki bacarıqlara yiyələnə biləcəksiniz.

İtcity.academy qısa müddətdə, sıfırdan şirkətlərin proqramlaşdırma sahəsində istifadə etdikləri proqramlaşdırma dilləri, alətlər və texnikaları mənimsəməyə kömək edəcək.

Missiyamız

  • Azərbaycanda İKT sahəsində yeni kadrların yetişdirilməsi, mövcud kadrların peşəkarlıq səviyyəsinin artırılması.
  • İKT sahəsində maddi texniki bazanın inkişafına dəstək vermək və elmi-texniki layihələrin həyata keçirilməsini təşviq etmək.

Vizyonumuz

  • Azərbaycanda İKT sahəsinə gənclərin, tələbələrin və şirkətlərin diqqətinin cəlb olunması.
  • Ölkədən beyin köçünün qarşısını almaq və gənclərin ölkə daxilində İKT sahəsində aktiv iştirakını təşviq etmək.
  • Məzunların ölkənin aparıcı şirkətlərində işlə təmin olunması üçün geniş partnyor şəbəkəsi yaratmaq.
  • Statistik analiz və analitikanın inkişafına tövhə vermək.
  • Bulud texnologiyalarının inkişafını təşviq etmək.

Üstünlüyümüz

  • Öz sahəsi üzrə peşəkar və təcrübəli təlimçi heyətimiz
  • Dolğun və bazar tələblərinə uyğun təlim paketlərimiz
  • Əməkdaşlıq etdiyimiz şirkətlərdə təcrübə və iş imkanı

ask question icon Suallarınız yaranarsa bizimlə əlaqə yaradın.